SON DƏQİQƏ! Rusiyada terror dəhşəti: Universitetə silahlı hücum edildi - (YENİLƏNDİ)
Bizi izləyin

Region

SON DƏQİQƏ! Rusiyada terror dəhşəti: Universitetə silahlı hücum edildi - (YENİLƏNDİ)

Perm Dövlət Universitetinə silahlı hücumda ölənlərin sayı 8-ə çatıb. Hücum nəticəsində 19 nəfər yaralanıb.

Rusiya İstintaq Komitəsi bildirib ki, terrorçu saxlanılan zaman silahlı müqavimət göstərib. Hüquq-mühafizə orqanlarının gördüyü cavab tədbirləri nəticəsində hücum edən şəxs yaralanıb.

xxx

11:42

Perm Dövlət Universitetinə silahlı hücum edən şəxs 18 yaşlı Timur Bekmansurovdur.

Rusiya mediasının yaydığı xəbərə görə, hüquq-mühafizə orqanları terrorçunu saxlayıb.

T.Bekmansurov ilkin ifadəsində bu hücumu uşaqlıqdan planlaşdırdığını və 10-cu sinifdən bəri bunun üçün pul yığdığını deyib. O, həmçinin hansısa radikal təşkilatın üzvü olmadığını bildirib.

xxx

Naməlum şəxs tərəfindən Rusiyanın Sibir bölgəsindəki Perm Universitetinə ​​hücum təşkil edilib.

Publika.az xəbər verir ki, hücumda ölən və yaralıların olduğu bildirilir.

Tələbə və müəllimlərdən bəziləri auditoriyalarda qapalı qalıblar. Sosial şəbəkələrdəki kadrlara görə, bəziləri isə pəncərədən tullanaraq gizlənməyə çalışıblar.

Rusiya Daxili İşlər Nazirliyinin verdiyi son məlumata görə, universitetdə 4 nəfər öldürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm