• USD 1,7000 0,00% EUR 1,9719 -0,54%
    • GBP 2,3391 -0,18% RUB 0,0244 +0,82%

Uşaqlar arasında yoluxma PİK HƏDDƏ ÇATDI - Nazirdən məktəblər haqqında QƏRAR

  • Region
  • 28 Sentyabr 2021 16:20
  • 1 825 Baxış
Uşaqlar arasında yoluxma PİK HƏDDƏ ÇATDI - Nazirdən məktəblər haqqında QƏRAR

"Məktəblərin 3 həftə açıq qalması ilə 0-17 yaş qrupunda olan xəstələrin sayı artıb. Yəni, ortalama aktiv yoluxma 400 min civarındadır. Onların dörddə biri 0-17 yaş qrupundadır, yəni 25 faiz. Əvvəllər təxminən bu, 11 faiz idi”.

Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca jurnalistlərin sualın cavablayarkən deyib.

Nazir yoluxma sayında çoxalmanın xəstəxana yükünü artırmadığını vurğulayıb: “Narahatlıq doğuran məqam yoxdur. Bu il məktəbləri hər bir halda açıq saxlayacağımızı demişdim. Təhsil Şurası, Səhiyyə Nazirliyi olaraq ikili təhsil və həftəsonu təhsili də daxil olmaqla, bütün alternativlər sınanmalı və açıq saxlanması lazım olduğunu düşünürük. Bunu universitetlər üçün də düşünürük”.

Nazir alış -veriş mərkəzlərinin bağlanmasını gündəmə gətirmək istəmədiklərin də qeyd edib.

Nazir hamilə qadınların peyvənddən ölməsi iddialarını təkzib edib: "Eşitdiyiniz hər şeyə inanmayın. Peyvənddən ölən bir xəstəmiz yoxdur".

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR