Bu, ABŞ-a baha başa gələcək - Ağar
Bizi izləyin

Region

Bu, ABŞ-a baha başa gələcək - Ağar

“Türkiyə ilə Rusiya arasındakı münasibətlər çətindir, amma nədənsə ortaq bir nöqtəyə gəlirlər. Amma ABŞ-la heç nə baş vermir”.

Publika.az xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında türkiyəli terror və təhlükəsizlik eksperti Abdullah Ağar yazıb. Ekspert bildirib ki, Türkiyə bu problemlərin əvvəldən həll olunacağına ümid edib:

“Əvvəllər Türkiyə üzləşdiyi çətinliklər qarşısında bir tarazlıq siyasəti ortaya qoymağa meylli idi. Amma ABŞ bu məsələlərdə nəzərəçarpacaq heç bir şey etmədi. Əslində, son dərəcə kövrək və qarışıq Donald Tramp dövründən sonra, Co Bayden ilə daha pis bir dövr başladı. Hər şeydən əvvəl Türkiyənin şərəfinə zərbə vurdu. Türkiyənin balansı qoruma siyasətindən əl çəkəcəyini düşünmürəm. Ancaq fikrimcə, bu mərhələdən sonra Rusiya ilə münasibətləri daha da isti saxlayacaq. Onu da vurğulamaq istərdim ki, Türkiyəni geosiyasi cəhətdən itirmək ABŞ-a baha baha başa gələcək. Bunun cəzasını çəkəcəklər. Bayden və ABŞ-ın əvvəlki liderlərinin atdığı addımlar geosiyasi deyil, son dərəcə ehtiraslı və çılğın siyasi adamlardır. Türkiyə NATO-nun cənub-şərq qanadıdır. ABŞ indi bu qanadın özünü parçalayır”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm