Türkiyənin əlində kartlar var, bu qüvvələrə imkan vermərik - Ağar
Bizi izləyin

Region

Türkiyənin əlində kartlar var, bu qüvvələrə imkan vermərik - Ağar

"Türkiyə böyük bir şeytanlıqla üz-üzədir".

Publika.az xəbər verir ki, bunu terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.

Ekspert qeyd edib ki, bu təhlükəni yaradan terror təşkilatlarıdır ki, onlar da tezliklə məhv edilməlidir: "Xüsusi əməliyyat polislərimizin şəhid olması, minaatanların Türkiyəni hədəf alması, Afrin kimi nəzarətimizdəki bölgələrdə baş verən ardıcıl hadisələr bu şeytanlığa nümunələrdir. PYD-PKK əvvəlcə bu hücumları qəbul etdi. Sonra birdən-birə "Xeyr, biz etmədik" deməyə başladılar. "Bunları Türkiyə edir" deyərək çox sıx bir asimmetrik terror siyasəti həyata keçirirlər. Yalanlarla açıq həqiqəti gizlətməyə çalışırlar. YPG/PKK Türkiyənin ərazi bütövlüyü, vahid quruluşu və gələcəyi üçün bir təhdiddir, onların məhv edilməsi vacibdir".

Abdullah Ağar bölgədə terror təşkilatlarının varlığının Türkiyə üçün milli təhlükəsizlik problemi olduğunu vurğulayıb: "Sahədəki paradiqmalar dəyişdiyindən, perspektivimiz də zaman-zaman dəyişib. İŞİD-lə mübarizə yalanı ucuz bir oyundur. Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin Soçidəki son görüşündən bəzi kritik nəticələr ortaya çıxa bilər. Görüşün detallarını hələ ki, bilmirik. Digər tərəfdən, "İŞİD-ə qarşı mübarizə aparırlar" yalanı ilə bölgədə PYD-PKK varlığının bağışlanmasını istəyirlər. Terror təşkilatının İŞİD-ə qarşı mübarizə apardığı fikri ucuz bir yalandır. ABŞ İŞİD-ə qarşı mübarizə zəminində terrorçuları dəstəkləyir və onu himayə edir. Qarşı tərəf bunu anlasa da, anlamasa da, Türkiyə nəhayətində buradakı terror siyasətini pozmalıdır".

A.Ağarın sözlərinə görə, Türkiyə bu və ya digər şəkildə öz sərhədləri ətrafında terror fəaliyyətlərinə son qoymaq üçün addımlar atacaq: "İstər digər ölkələrlə əlaqələndirilmiş bir addım olsun, istərsə də Ankaranın tək başına hərəkət edəcəyi ilə bağlı olsun, hələlik proqnoz vermək çətindir. Türkiyənin əlində kartlar var. Hər şeydən əvvəl bunlar geosiyasi baxımdan zəruridir. Əlbəttə ki, dünənki açıqlamalardan sonra bəzi bölgələrdə "təcili əməliyyatlar başlayacaq" təəssüratı ortaya çıxdı. Düşünürəm ki, Türkiyə indiki halda təqib hərəkatı, nöqtə əməliyyatları ilə misli ilə qisas alar, amma hərtərəfli bir əməliyyat üçün diplomatiyadan sonuna qədər istifadə edəcək. Rəcəb Tayyib Ərdoğanın açıqlamalarından başa düşürəm ki, Türkiyənin düşündüyü bir plan var. Bu plan addım-addım həyata keçiriləcək. Ancaq nə vaxt geniş miqyaslı bir əməliyyata çevriləcəyini söyləmək çətindir".

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm