Ərdoğandan Əfqanıstanla bağlı YENİ TƏKLİF
Bizi izləyin

Region

Ərdoğandan Əfqanıstanla bağlı YENİ TƏKLİF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İyirmilik qrupunun (G20) himayəsi altında Əfqanıstan üzrə işçi qrupunu formalaşdırmaq və ona rəhbərlik etmək təşəbbüsü ilə çıxış edib.

Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, Türkiyə lideri bu təklifi İyirmilik qrupunun videokonfrans formatında keçirilən fövqəladə sammitində səsləndirib. “Mən G20 çərçivəsində Əfqanıstan üzrə işçi qrupunun yaradılmasını təklif edirəm. Ankara qrupun işinə rəhbərlik etməyə hazırdır”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə prezidenti, həmçinin “Taliban” hərəkatının nümayəndələrinin qızlara təhsil almaq və qadınlara işləmək hüququ verməli olduğunu da deyib. O qeyd edib ki, beynəlxalq ictimaiyyət Əfqanıstandan üz döndərməməli və əfqan xalqının taleyinə biganə qalmamalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm