Türkiyədən ÜZÜCÜ XƏBƏR: çox sayda tələbə yaralandı
Bizi izləyin

Region

Türkiyədən ÜZÜCÜ XƏBƏR: çox sayda tələbə yaralandı

Türkiyənin Nevşəhr vilayətinin Hacıbektaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az “TRT Haber”ə istinadla xəbər verir ki, hadisə nəticəsində ölkənin 81 vilayətindən olan qırx tələbə müxtəlif dərəcəli xəsarət alıb. Bildirilir ki, Gümüşkent kəndi yaxınlığında hərəkət edən avtobus qəflətən yola çıxan evakuatorla toqquşub. Bu vaxt arxadan gələn avtobusun sürücüsü qəza edən maşınlara çırpılmamaq üçün sükanı yolun kənarına döndərib və aşma hadisəsi baş verib. Qəza edən avtobusdakı tələbələr Hacı Bektaş Vəlinin vəfatının 750-ci ildönümü ilə əlaqədar Hırka dağının zirvəsinə təşkil edilən yürüşə qatılmaq üçün səfərdə olublar.

Bəzi məlumatlara görə, xəsarət alanların sayı 25 nəfərdir. Bildirilir ki, yaralılar yaxın bölgələrdəki xəstəxanalara yerləşdiriliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm