Yunanıstan 25 zabiti Türkiyə ilə sərhədə göndərir - SƏBƏB
Bizi izləyin

Region

Yunanıstan 25 zabiti Türkiyə ilə sərhədə göndərir - SƏBƏB

Yunanıstan Əfqanıstandakı böhran səbəbindən ölkədə qanunsuz miqrasiyanın artmasından qorxur və bununla əlaqədar Türkiyə ilə sərhəddə sərhədçilərin sayını artırıb. Bir neçə ay ərzində daha 25 zabit Yunanıstan sərhəd qüvvələrinə qoşulacaq. Onların ümumi sayı 1750 olacaq. Hava limanlarında və Türkiyə sərhədinə yaxın bölgələrdə işləmək üçün təxminən 800 sərhədçi işə götürüləcək.

Publika.az Yunanıstan hökumətinin məlumatına istinadla xəbər verir ki, müvafiq qərar Əfqanıstanda Taliban tərəfindən hakimiyyəti ələ keçirməklə bağlıdır.

Yunanıstanın miqrasiya naziri Notis Mitaraçi bildirib ki, Avropa İttifaqı daxilindəki əksər ölkə qanunsuz miqrasiyanın qarşısını almaq üçün tədbirləri gücləndirməyi tələb edir. “Avropa müharibə edən ölkələrlə həmsərhəd deyil. Gələn insanların çoxu son tranzit ölkədə risk altında deyillər, buna görə də miqrasiya siyasətinin necə işlədiyini və sərhəd təhlükəsizliyinin necə fəaliyyət göstərdiyini yenidən nəzərdən keçirmək vacibdir”, - deyə Mitaraçi bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm