Ərdoğan AÇIQLADI: ABŞ bunun qarşılığında Türkiyəyə...
Bizi izləyin

Region

Ərdoğan AÇIQLADI: ABŞ bunun qarşılığında Türkiyəyə...

"F-16 almaqla bağlı təklif ABŞ tərəfindən edilib".

Publika.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Anqolaya səfərindən əvvəl Atatürk Hava Limanında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Türkiyənin F-35 layihəsi üçün 1 milyard 400 milyon dollar ödədiyini xatırladan Ərdoğan ABŞ-ın bu ödəniş qarşılığında Türkiyəyə 40 ədəd F-16 təklif etdiyini bildirib:

"Qırıcı təyyarələrimizin hər zaman hazır və müasir olması üçün səylərimizi davam etdiririk. F-16-ları modernləşdirmək və yeniləri almaqla donanmamızı daha da inkişaf etdirməyə çalışırıq. Problemin həlli üçün dialoqa da əhəmiyyət veririk".

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm