Ərdoğanın müşaviri Azərbaycana qarşı təhdidlərdən danışdı
Bizi izləyin

Region

Ərdoğanın müşaviri Azərbaycana qarşı təhdidlərdən danışdı

Bu gün Azərbaycan üçün olduqca ciddi tarixi əhəmiyyət daşıyan bir gündür. Müstəqilliyinin bərpasının 30-cu ilində Vətən müharibəsinin qalib ölkəsi kimi Azərbaycanı təbrik edirəm.

Publika.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri, Yeditəpə Universitetinin Strateji Araştırmalar Mərkəzinin sədr müavini Mesut Hakkı Caşın deyib.

Mesut Hakkı Caşın vurğulayıb ki, Azərbaycan və Türkiyə birliyi mənfəətə yox, qarşılıqlı sevgi və hörmətə əsaslanır:

"Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ilində regionda və dünyada yeni bir mərhələ başladan Vətən müharibəsi iki qardaş ölkənin əməkdaşlıq sahələrini də genişləndirib

Osmanlı dövründə bağlanmış məlum müqavilənin 4-cü maddəsində olduğu kimi, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasında imzalanmış Şuşa Bəyannaməsi də ölkələrimizə qarşı xarici təhdidlərin qarşısını tamamilə alıb".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm