Saakaşvilinin həbsxanadan İLK GÖRÜNTÜLƏRİ YAYILDI - FOTO
Bizi izləyin

Region

Saakaşvilinin həbsxanadan İLK GÖRÜNTÜLƏRİ YAYILDI - FOTO

Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilin həbsxanadan ilk fotosu çəkilib.

Publika.az “Report”a istinadla xəbər verir ki, o, saxlandığı Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinin dəmirbarmaqlı pəncərəsindən tərəfdarlarını salamlayıb.

M.Saakaşvili türmə kamerasından tərəfdarlarına “Siz çox güclüsünüz” sözləri ilə təşəkkür edib.

Eks-prezident pəncərədə bir neçə saniyə ərzində görünüb. Pəncərə tez bir zamanda bağlansa da, media nümayəndələri onu lentə alıblar.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, artıq 21-ci gündür aclıq aksiyası keçirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm