Türk SİHA-ları HƏRƏKƏTƏ KEÇDİ: "Təlimat Ankaradan gəlib" - VİDEO
Bizi izləyin

Region

Türk SİHA-ları HƏRƏKƏTƏ KEÇDİ: "Təlimat Ankaradan gəlib" - VİDEO

Azezdə PKK/PYD/YPG terror təşkilatının hücumları zamanı iki polisin şəhid olması Türkiyənin səbr kasasını daşdıran son damla oldu.

Publika.az xəbər verir ki, bu barədə "Haber 7" məlumat yayıb.

Bildirilib ki, bu hücumlar PKK işğalında olan Münbiç, Tel-Rıfat, Ayn İsa və Tel-Halafdan edilib. Qeyd edilib ki, ABŞ və Rusiya bu əraziləri bolşadacaqlarına söz veriblər.

Ərdoğandan əməliyyat siqnalı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kabinetin toplantısından sonra Beştəpədə çıxış edən zaman Suriyadan hücumların artdığını və onları aradan qaldırmaqda qərarlı olduqlarını söylədi.

Bu açıqlamadan sonra "Türkiyə Suriyada yeni əməliyyata hazırlaşır" iddiası gündəmə gəldi.

Ötən cümə namazından sonra yenidən çıxış edən Türkiyə lideri bəyan etdi:

"PKK/YPG Suriyanın şimalında aktivləşir. Səbrimiz müəyyən yerə qədər davam etdi və sonda 2 polis əməkdaşımız şəhid oldu. Zaman-zaman şəhid olan mülki vətəndaşları görürük. Bütün bunlara qarşı mübarizəmiz çox fərqli şəkildə davam edəcək. Terror təşkilatlarına, ABŞ-ın oradakı məlum qüvvələrinə və rejim qüvvələrinə qarşı mübarizə aparmaq əzmindəyik".

İngiltərənin “Reuters” xəbər agentliyinə danışan Türkiyə rəsmiləri də Silahlı Qüvvələrin və MİT-in hazırlaşdığını bildiriblər. Vurğulanıb ki, Rusiya və ABŞ ilə yürüdülən diplomatiyanın uğursuzluğa düçar olması halında Türkiyənin Suriyada terror təşkilatı PKK/YPG-yə qarşı yeni əməliyyata başlayacaq.

PUA-lar (İHA) PKK işğalında olan bölgələrdə fəaliyyət göstərir

Bu proseslərdən sonra Türkiyənin silahlı insansız uçuş aparatları (SİHA) Fəratın şərqində terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Qamışlı və Ayn el-Arab üzərində kəşfiyyat uçuşları həyata keçirməyə başlayıb.

"Əməliyyat üçün əmr gəldi"

Suriya Milli Ordusunun (SMO) səhra komandirlərindən biri "Al Monitor"a verdiyi bəyanda bildirib:

"Ankara bir həftə əvvəl bizdən hərbi hazırlığımızı artırmağı istədi. Texnikaları hazırladıq, silahlarımızı yoxladıq. Ancaq əməliyyatın nə vaxt və harada olduğu hələ dəqiq deyil".

"Türkiyənin növbəti əməliyyatı yəqin ki, Tel-Rıfatda olacaq. Lakin rejim və rus əsgərlərinin varlığı səbəbindən bu asan olmayacaq. Türkiyə əməliyyata Ayn el-Arab-dan başlaya bilər, - mümkün əməliyyatın yeri ilə bağlı fikirlərini bölüşən komandir əlavə edib.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm