Türkiyədə bir anda 27 maşın toqquşdu: çox sayda yaralı var
Bizi izləyin

Region

Türkiyədə bir anda 27 maşın toqquşdu: çox sayda yaralı var

Türkiyədə baş verən ağır yol qəzasında 20 nəfərədək insan xəsarət alıb.

Publika.az xəbər verir ki, bu barədə “Hürriet” məlumat yayıb.

Hadisə Sakarya əyalətində baş verib. Magistral yolda 27 avtomobil toqquşub. Qəza zamanı 17 nəfər yaralanıb. Hadisə yerinə həkimlər və yanğınsöndürənlər cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan 3-nün vəziyyəti ağırdır.

Qeyd olunur ki, qəzaya güclü yağış səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm