Ərdoğan kabineti TOPLADI, MESAJ VERDİ
Bizi izləyin

Region

Ərdoğan kabineti TOPLADI, MESAJ VERDİ

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə hökumətinin növbəti iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasdan sonra ənənəvi olaraq xalqa müraciət edən Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Afrika siyasəti, regional proseslərə təsir, beynəlxalq aləmdəki proseslərə münasibət, eləcə də ölkə daxilində tətbiq olunan sosial-iqtisadi tədbirlərdən bəhs edib.

2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişi cəhdində iştirak etmək ittihamı ilə həbsdə olan Osman Kavalanın azadlığa buraxılmasına çağırış edən on dövlətin səfirlərinə bir daha kəskin etirazını bildirən Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə məhkəməsi heç kimdən təlimat almaz, kimsənin də əmrini yerinə yetirməz.

“Məqsədimiz böhran yaratmaq deyil, Türkiyənin şərəfini qorumaqdır”.

Dövlət başçısı əhalinin rifahının yaxşılaşdırılması tədbirləri, gündəlikdə duran digər məsələlər, o cümlədən yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı tədbirlərə toxunaraq vətəndaşları COVID-19 virusuna qarşı mübarizədə fəal olmağa səsləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm