Ərdoğan İtaliya və Böyük Britaniyaya səfər edəcək
Bizi izləyin

Region

Ərdoğan İtaliya və Böyük Britaniyaya səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliya və Böyün Britaniyaya səfər edəcək.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilib ki, 30-31 oktyabr tarixlərində İtaliyaya baş tutacaq səfəri zamanı T.Ərdoğan "Böyük iyirmilik" (G20) sammitində iştirak edəcək.

Qeyd edilib ki, 1-2 noyabr tarixlərində isə dövlət başçısı Qlazqoda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransında iştirak etmək üçün Böyük Britaniyada səfərdə olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm