Türkiyədə daha 200 nəfər virusdan vəfat etdi
Bizi izləyin

Region

Türkiyədə daha 200 nəfər virusdan vəfat etdi

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 200 nəfər vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 347 783 nəfər test edilib, 25 304 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 28 852 nəfər sağalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm