Ərdoğandan Azərbaycana DƏSTƏK BƏYANATI: Zəngəzur dəhlizi ilə bağlı razılaşma...
Bizi izləyin

Region

Ərdoğandan Azərbaycana DƏSTƏK BƏYANATI: Zəngəzur dəhlizi ilə bağlı razılaşma...

"Başda Zəngəzur dəhlizi ilə bağlı razılaşma olmaqla hər platformada azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik".

Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında deyib.

"Bu yeni dövr Ermənistan üçün də çox böyük imkanlar təqdim edir. Nə qədər ki, millətimizə, dövlətimizə düşmənçilik yoxdur, bizim heç kimlə problemimiz yoxdur", - Ərdoğan bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, yeni qlobal sistemdə Cənubi Qafqazın strateji əhəmiyyəti artacaq:

"Türkiyə olaraq bu coğrafiyanın işıqlı gələcəyi üçün üzərimizə düşəni etməkdə qərarlıyıq. Cümə günü İstanbulda toplanacaq Türk Şurasında biz digər qardaş ölkələrlə gələcəyimizi geniş müzakirə edəcəyik. Demək olar ki, hər bir məsələdə üzv və müşahidəçi ölkələrlə həmfikir olduğumuzu görməkdən məmnunuq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm