Türkiyənin məşhur qüllələri bayrağımızın rənglərinə büründü - FOTO
Bizi izləyin

Region

Türkiyənin məşhur qüllələri bayrağımızın rənglərinə büründü - FOTO

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Zəfərin birinci ildönümü münasibətilə Türkiyənin İstanbul şəhərindəki Avropa qitəsində yerləşən tarixi Qalata Qülləsi ölkəmizin bayrağının rəngləri ilə işıqlandırılıb.

Publika.az xəbər verir ki, tədbir ölkəmizin İstanbuldaki Baş Konsulluğunun təşəbbüsü, Türkiyənin Xarici İşlər Nazirliyi və Quru Yolları Baş İdarəsinin dəstəyi ilə baş tutub.

Həmçinin Ankaranın rəmzi sayılan Atakule qülləsi də 8 Noyabr - Zəfər Günü ilə əlaqədar xüsusi dizaynla işıqlandırılıb.

Qeyd edək ki, işıqlandırma axşam saatlarından etibarən davam etməkdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm