SON DƏQİQƏ: İran ABŞ-ın casus PUA-larını ələ keçirdi
Bizi izləyin

Region

SON DƏQİQƏ: İran ABŞ-ın casus PUA-larını ələ keçirdi

İran ordusu ölkənin cənub-şərqində Sistan-Bəlucistan əyalətinin Mekran sahillərində "Zülfiqar-1400" adı altında təlimlər keçirir.

Publika.az xəbər verir ki, təlim zamanı İran Ərəb dənizində hava hücumundan müdafiə identifikasiya zonasına daxil olan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 2 ədəd RQ4 və MQ-9 tipli pilotsuz uçuş aparatlarını (PUA) ələ keçirib.

İran dövlət televiziyasının yaydığı məlumata görə, bundan sonra rəsmi şəkildə ABŞ-a xəbərdarlıq edilib.

Bildirilib ki, ABŞ pilotsuz təyyarələrini İran ordusunun keçirdiyi təlimlə bağlı məlumat toplamaq üçün bölgəyə göndərib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm