Region
Türkiyə bu gün Paris İqlim Sazişinə rəsmən qoşulacaq
Türkiyə sabah Yer kürəsində havanın temperaturunun 1,5 dərəcədən çox yüksəlməsini məhdudlaşdırmağı hədəfləyən Paris İqlim Sazişinə rəsmən qoşulacaq.
Publika.az bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının payız sessiyasında çıxış edərkən Ankaranın Paris razılaşmasını təsdiqləyəcəyini və 2053-cü ilə qədər atmosferə istixana qazı emissiyalarının səviyyəsini sıfır faizə çatdırmağı hədəflədiyini açıqlayıb.
Oktyabrın 6-da saziş Türkiyə parlamentində təsdiqlənib. Türkiyə Paris sazişinin ratifikasiyası barədə oktyabrın 11-də BMT katibliyinə məlumat verib və prosedura uyğun olaraq ondan sonrakı 30-cu gündə, yəni noyabrın 10-da bu sənəddən irəli gələn beynəlxalq öhdəlikləri rəsmən üzərinə götürəcək.
Ankara razılaşmanın 192-ci tərəfi olacaq.
Paris Sazişinin qüvvəyə minməsi planetdə havanın temperaturunun yüksəlməsini məhdudlaşdırmaq kimi qlobal məqsədə uyğun olaraq Türkiyədə dövlət siyasətinin və qanunvericiliyin tənzimlənməsini təmin edəcək hüquqi mühit yaradır.
Türkiyə, xüsusilə 2030-cu ilə qədər havaya atılan tullantıları 21 faiz azaltmağı, 2053-cü ilə qədər isə tullantıları sıfır faizə çatdırmağı öhdəsinə götürüb.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK