Ərdoğandan Yunanıstana TUTARLI CAVAB: "ABŞ-ın forpostuna çevrilib"
Bizi izləyin

Region

Ərdoğandan Yunanıstana TUTARLI CAVAB: "ABŞ-ın forpostuna çevrilib"

"Yunanıstanın Aleksandrupolis şəhərində Amerika hərbi bazasının yaradılması onu deməyə əsas verir ki, Yunanıstan bir növ ABŞ-ın forpostuna çevrilib".

Publika.az TASS-a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirdiyi mətbuat konfransında deyib

Bildirək ki, ABŞ və Yunanıstan oktyabrın 14-də Vaşinqtonda 1990-cı il Qarşılıqlı Müdafiə Əməkdaşlığı Sazişinə düzəlişlər etmək üçün ikinci protokol imzalayıblar.

Vaşinqtonda imzalanan razılaşmalara əsasən, ABŞ-ın fəaliyyətdə olan 4 hərbi bazası siyahısına 4 yeni obyekt əlavə olunacaq. Bunlar Aleksandrupolisdəki Yannuli hərbi düşərgəsi, Krit dəniz bazası, Litoçoro atıcılıq poliqonu (Pieriya bölgəsi) və Georquli düşərgəsidir (Larisa aviabazasından uzaqda).

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm