Britaniya İrana 535 milyon dollar ödəyəcək – QƏRAR
Bizi izləyin

Region

Britaniya İrana 535 milyon dollar ödəyəcək – QƏRAR

Britaniya 1979-cu ildə təhvil verilməyən tanklara görə Tehrana 535 milyon dollar borcunu ödəməyə razılaşıb.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu İran Xarici İşlər nazirinin müavini Əli Baqeri deyib.

"Borcun ödənilməsi ilə bağlı əsas amil razılaşdırılıb, lakin ödəniş üsulu və prosesi ilə bağlı məsələ hələ həll olunmayıb", - iranlı diplomat qeyd edib.

Qeyd edək ki, 2012-ci ildə BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Böyük Britaniyanı 1974-cü ildə İranla bağlanmış müqaviləni pozduğu üçün bu ölkəyə təzminat ödəməyə çağırıb. Bu müqaviləyə əsasən, Britaniya İrana 1000-dən çox tank tədarük etməli idi, lakin 1979-cu ildə İranda baş verən inqilab və ruhanilərinin hakimiyyətə gəlməsi səbəbindən London müqavilənin şərtlərini yerinə yetirməkdən imtina edib. Tehran hələ də təzminat ala bilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm