Cənubi Azərbaycan AYAĞA QALXDI
Bizi izləyin

Region

Cənubi Azərbaycan AYAĞA QALXDI

Noyabrın 11-də Güney Azərbaycan və İranın bir sıra şəhərlərində müəllimlərin etiraz aksiyaları baş tutub.

Publika.az xəbər verir ki, bu barədə “Günaz tv” informasiya yayıb.

Məlumata görə, aksiyalarda çox sayda müəllim tutulub və polislər tərəfindən döyülüb.

İranın müxtəlif şəhərlərində, həm də Güney Azərbaycanın Həmədan, Zəncan, Ərdəbil, Təbriz, Qəzvin və Culfa şəhərlərində müəllimlər yerli Təhsil İdarələri qarşısına toplaşıblar.

Etirazçılar müəllimlərin və təhsil sahəsində çalışanların hüquqlarının pozulmasına, dövlət büdcəsindən təhsil sahəsinə cüzi məbləğin ayrılmasına etiraz edib və təqaüdlərin bərabərləşdirilməsini tələb ediblər.

Narazılar fəal müəllimlərin həbs olunmasına da etirazlarını bildiriblər.

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm