İranda GÜCLÜ ZƏLZƏLƏ: yaralıların sayı 99-a çatdı, ölən var - (YENİLƏNİR)
Bizi izləyin

Region

İranda GÜCLÜ ZƏLZƏLƏ: yaralıların sayı 99-a çatdı, ölən var - (YENİLƏNİR)

İranın cənubunda baş verən ardıcıl zəlzələlər nəticəsində yaralananlarına sayı 99 nəfərə çatıb.

“Tasnim” xəbər verir ki, bunu Hörmüzqan əyaləti Tibb Universitetinin nümayəndəsi Fatimə Nuruzian bildirib.

Onun sözlərinə görə, xəsarət alanlardan 88 nəfərinə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb. (report)

xxx

14.11.2021

İranın cənubunda yerləşən Hörmüzqan vilayətində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 70 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə İranın Təcili Yardım Təşkilatının sədri Cəfər Miadfər bildirib.

C.Miadfər qeyd edib: "Bəndər Abbas şəhərində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 70 nəfərə çatıb".

Onun sözlərinə görə, 22 nəfər xəstəxanaya yerləşdirilib, bir nəfər ölüb.

xxx

19:13

İranda güclü zəlzələnin nəticələri barədə yeni məlumatlar yayılır.

Publika.az "Mehr" agentliyinə istinadla xəbər verir ki, artıq ölkənin kütləvi informasiya vasitələrində insan təlafatı barədə informasiyalar verilir. Bildirlir ki, təbii fəlakət nəticəsində azı 8 nəfər yaralanıb.

Bir nəfər isə üzərinə işıq dirəyinin düşməsi nəticəsində həlak olub.

xxx

18:24

İranda güclü zəlzələ baş verib.

Publika.az TASS-a istinadla xəbər verir ki, Avropa Aralıq dənizi seysmoloji mərkəzinin məlumatına görə, 6.5 ballıq yeraltı təkanlar ölkənin cənub bölgələrində qeydə alınıb.

Zəlzələnin episentri 352 min əhalisi olan Bəndər-Abbas liiman şəhəri yaxınlığında, 100 km dərinlikdə olub.

Dağıntılar və tələfat barədə, hələ ki məlumat yoxdur.

xxx

17:13

İranın cənubunda 6,1 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.

Məlumata görə, yeraltı təkanların episentri İranın Bəndər Abbas limanından 59 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm