Türkiyədə daha 229 nəfər virusun qurbanı oldu
Bizi izləyin

Region

Türkiyədə daha 229 nəfər virusun qurbanı oldu

Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 229 nəfər həyatını itirib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 358 754 nəfərdən test götürülüb, onların 23867-nin testi pozitiv nəticə verib. Aktiv xəstələrdən 28543 nəfəri sağalıb.

Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 90,12 %-nə bir doza, 80,30 %-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm