Ukrayna parlamenti Türkiyə ilə hərbi razılaşmanı təsdiqlədi
Bizi izləyin

Region

Ukrayna parlamenti Türkiyə ilə hərbi razılaşmanı təsdiqlədi

Ukrayna Ali Radası Ukrayna və Türkiyə hökumətləri arasında hərbi əməkdaşlıq haqqında çərçivə sazişini təsdiq edib.

Publika.az xəbər verir kio sənəd parlamentin ötən gün keçirilən iclasında təsdiqlənib. Sənədin təsdiqlənməsini 450 deputatdan 303-ü dəstəkləyib.

Qeyd edək ki, razılaşma Ukrayna Prezidenti Volodimir Zelenskinin 2020-ci ilin oktyabrında Türkiyəyə rəsmi səfəri zamanı əldə edilib.

Sənəd Ukrayna və Türkiyə arasında hərbi sahədə əməkdaşlığın inkişafını, o cümlədən şəxsi heyət, material, texnika, məlumat və təcrübə mübadiləsini nəzərdə tutur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm