Terrorla mübarizə davam edir: 9 silahlı məhv edildi
Bizi izləyin

Region

Terrorla mübarizə davam edir: 9 silahlı məhv edildi

Türkiyə Silahlı Qüvvələri Suriya və İraqda PKK və YPG terror təşkilatlarının üzvlərinə qarşı əməliyyatları davam etdirir.

Publika.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Müdafiə Nazirliyi yayıb.

Məlumatda bildirilir ki, əməliyyatlar nəticəsində 9 terrorçu zərərsizləşdirilib.

Vurğulanır ki, Türkiyə ordusunun İraqın şimalında keçirdiyi "Pençe-Kaplan" əməliyyatı zonasında üç yaraqlı zərərsizləşdirilib, digər terrorçular isə Suriya ərazisində keçirilən "Sülh mənbəyi" və "Zeytun Budağı" əməliyyatları zonasında neytrallaşdırılıb.

Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyi PKK terror təşkilatına qarşı "Eren Qış-6" əməliyyatlarına başlayıb. Əməliyyatlar Tuneli vilayətinin Mərcan Dağları bölgəsində həyata keçiriləcək.

Ümumilikdə əməliyyatlara nazirliyin 1060 personalı cəlb olunacaq. Əməliyyatda iştirak edən şəxsi heyət arasında qadın gizirlərin də olduğu bildirilib.

Xatırladaq ki, sentyabr ayında Türkiyə ordusu PKK terrorçularının növbəti qrupunu zərərsizləşdirib.

Məlumata görə, PKK/YPG terrorçularının Suriyanın şimalında "Barış pınarı" əməliyyat bölgəsinə hücuma hazırlaşdığı müəyyənləşdirilib. Ordunun həyata keçirdiyi tədbirlər nəticəsində 10 terrorçu məhv edilib.

Terrorçulara qarşı əməliyyat davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm