Ukrayna kəşfiyyatı ŞOK SSENARİNİ AÇIQLADI: Rusiya bu tarixdə HÜCUMA KEÇƏCƏK
Bizi izləyin

Region

Ukrayna kəşfiyyatı ŞOK SSENARİNİ AÇIQLADI: Rusiya bu tarixdə HÜCUMA KEÇƏCƏK

Rusiya ilə Ukrayna arasında Donbasla başlayan gərginlik davam edir.

Publika.az xəbər verir ki, bölgədə hərbi hazırlıqlarını davam etdirən Rusiya son zamanlar sərhəd xəttində tank və artilleriya birləşmələrini gücləndirərək cəbhə xətti formalaşdırıb.

Ukrayna Kəşfiyyat İdarəsi bu hazırlıqlara uyğun olaraq Rusiyanın yanvarın sonuna doğru Ukraynaya hücum planlaşdırdığını açıqlayıb.

Ukrayna Kəşfiyyat İdarəsinin dərc etdiyi hesabatda sərhəddə hazırlıqlarını davam etdirən Rusiyanın 92 min nəfərdən ibarət qüvvəsinin olduğu bildirilib.

Hesabata görə, Rusiyanın Şərqdən hava zərbələri ilə yanaşı, Ukraynaya qarşı artilleriya atəşi həyata keçirəcəyi bildirilib.

Rusiyanın Odessa və Mariupolda da amfibiya hücumları, mümkün müharibə ssenarisində artilleriya və hava əməliyyatları planlaşdırdığı qeyd olunur. Ukrayna kəşfiyyatının hesabatında Polşa sərhədindəki miqrant böhranında adı çəkilən Belarusun da Ukrayna ilə mümkün müharibə ssenarisində iştirak edəcəyi ortaya çıxıb. Buna uyğun olaraq, Belarus üzərindən hücumun planlaşdırıldığı və Ukraynanın mühasirəyə alınmağa çalışılacağı bildirilib.

Rəsmi Moskva müharibə planı ilə bağlı heç bir açıqlama verməsə də, məlumdur ki, Rusiya hələ də qatarlarla Ukrayna sərhədinə hərbi göndərişlər edir. Rusiya ilə Ukrayna arasında Donbas gərginliyindən sonra Rusiya-Ukrayna və Belarus sərhədi yaxınlığında hərbi fəaliyyətin olduğu da iddia edilib.

Bölgədə qeydə alınan peyk görüntülərinə görə, tanklar, zirehli bölmələr və özüyeriyən artilleriya qurğuları, eləcə də quru qoşunları Rusiyanın Yelnya şəhəri yaxınlığında, Ukrayna və Belarusla sərhədə yaxın ərazidə yerləşdirilib. Kreml sözügedən görüntüləri təkzib edib və heç bir hazırlıq olmadığını bildirib.

Nəhayət, ABŞ kəşfiyyat orqanları Rusiyanın Ukraynaya qarşı yeni hərbi əməliyyat hazırlaya biləcəyini qeyd ediblər.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm