İranın XİN rəhbəri Azərbaycanla əlaqələrdən danışdı
Bizi izləyin

Region

İranın XİN rəhbəri Azərbaycanla əlaqələrdən danışdı

İran Azərbaycanla ikitərəfli ticarət münasibətlərin inkişaf prosesindən məmnundur.

Publika.az xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycan Baş nazirin müavini Şahin Mustafayevlə görüşdə deyib.

H. Əmir Abdullahianın sözlərinə görə, iki ölkə arasında ticarət, nəqliyyat, enerji və turizm sektorlarında iqtisadi potensiallardan istifadə edilməlidir.

Əmir Abdullahian əlavə edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işlərinin aparılmasını iki ölkənin iqtisadi münasibətlərində yeni səhifənin başlanğıcı ola bilər. Azad olunan ərazilərdə bərpa işlərində İran şirkətlərinin iştirak etməyə hazırdır.

Abdullahian deyib ki, vaksinasiyada hər iki ölkənin uğurlu addımlarını nəzərə alaraq iki ölkə vətəndaşlarının gediş-gəlişlərini sadələşdirmək və iki ölkə arasında uçuşları bərpa etmək mümkündür.

İranlı nazir İranın ölkələrin ərazi bütövlüyünü dəstəkləməsinə dair daimi mövqeyi və bölgədə beynəlxalq sərhədlərin dəyişliməzliyini qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm