Türkiyə ordusu ŞƏHİD VERDİ - FOTO
Bizi izləyin

Region

Türkiyə ordusu ŞƏHİD VERDİ - FOTO

Noyabrın 23-də Suriyada ''Barış Pınarı" əməliyyatına rəhbərlik edən mayor Mete Yıldırıma ehtiyatsızlıq üzündən atəş açılıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, o, dərhal xəstəxanaya aparılıb. Bütün müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb və şəhid olub.

"Bizə dərin ağrı və üzüntü yaşadan bu hadisə zamanı həyatını itirən əziz şəhidimizə Allahdan rəhmət, kədərli ailəsinə Türk Silahlı Qüvvələri adından başsağlığı və səbr diləyirik", - nazirlikdən bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm