Türkiyə Milli Təhlükəsizlik Şurasından YEKUN AÇIQLAMA: Ermənistanın bunu fürsət hesab etməsi...
Bizi izləyin

Region

Türkiyə Milli Təhlükəsizlik Şurasından YEKUN AÇIQLAMA: Ermənistanın bunu fürsət hesab etməsi...

Ermənistanın ona uzadılan sülh əlini fürsət hesab etməsi, atəşkəs rejiminə tam əməl etməsi və əməkdaşlıq etməsi vacibdir.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının iclasının yekun açıqlamasında deyilir.

"Biz şimaldakı qonşularımız arasında mübahisələrin sülh yolu ilə, beynəlxalq hüquq normaları və ölkələrin ərazi bütövlüyünə hörmət çərçivəsində həllinin tərəfdarıyıq", - açıqlamada vurğulanır.

Qeyd edək ki, 3 saatadək davam edən Milli Təhlükəsizlik Şurasının iclasında Cənubi Qafqazla yanaşı, Balkan ölkələri, Egey, Qara dəniz, Aralıq dənizi, Yunanıstan və Suriyadakı son vəziyyətlə bağlı məsələlər müzakirə edilib.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm