Rusiyadan ŞOK İDDİA: NATO təyyarəsini bölgəyə göndərib - FOTO
Bizi izləyin

Region

Rusiyadan ŞOK İDDİA: NATO təyyarəsini bölgəyə göndərib - FOTO

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) NATO-nun kəşfiyyat təyyarəsinin mülki təyyarələr üçün müəyyən edilmiş hava hərəkəti marşrutu üzərindən uçduğunu iddia edib.

Publika.az xəbər verir ki, Rosaviasiyadan verilən açıqlamada NATO-ya məxsus "CL-600" tipli kəşfiyyat təyyarəsinin dekabrın 3-də Qara dənizin açıq suları üzərində 9200 metr yüksəklikdə uçduğu bildirilir.

Sözügedən kəşfiyyat təyyarəsinin xəbərdarlıqlara cavab vermədiyi ifadə edilən açıqlamada "NATO təyyarələrinin Qara dəniz bölgəsi də daxil olmaqla, Rusiya sərhədləri yaxınlığında uçuşlarının sayını artırması mülki təyyarələr üçün təhlükəli hadisələr riskini yaradır" - qeyd olunub.

Rusiyanın "Aeroflot" şirkəti də dekabrın 3-də Təl-Əviv-Moskva reysini yerinə yetirən "А330-300" tipli sərnişin təyyarəsinin uçuş hündürlüyünü dəyişdirmək barədə göstəriş aldığını açıqlayıb. Bunun eyni marşrut üzərindən başqa bir təyyarənin keçməsi səbəbindən baş verdiyi iddia edilir.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm