Türkiyədə güclü zəlzələ oldu
Bizi izləyin

Region

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Van əyalətinin Tuşba rayonunda yerli vaxtla saat 00:46-da, 4,9 maqnitudada qeydə alınıb.

Zəlzələ ocağı 7,62 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar bir sıra əyalətlərdə hiss olunub.

Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, bu, son günlər Van əyalətin Tuşba rayonunda baş verən növbəti zəlzələdir. Noyabrın 28-də də 3,7 və 2,5 bal gücündə iki zəlzələ qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm