Region
SON DƏQİQƏ: Semyon Peqov saxlanıldı
Rusiyalı jurnalist Semyon Peqov Moldova xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən Kişinyov aeroportunda saxlanılıb.
Publika.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Artem Turov "Telegram" kanalında məlumat verib.
"Rusiya vətəndaşlarının Moldovaya buraxılmaması ilə yanaşı, başqa bir maraqlı epizod da var. Həmin gecə Kişinyov-Moskva reysi ilə uçan rusiyalı jurnalist Semyon Peqov Moldova Respublikasının İnformasiya və Təhlükəsizlik Xidməti (SIS) tərəfindən saxlanılıb", - Turov qeyd edib.
Deputat deyib ki, Peqov Dnestryanı münaqişənin tarixini, baş verən hadisələri, onun nizamlanmasında Rusiya Federasiyası və Rusiya sülhməramlılarının rolu haqqında süjetlər çəkib:
"Moskvaya uçmağa hazırlaşan Peqov SİB əməkdaşları tərəfindən bir saatdan çox saxlanılıb, onun üzərində axtarış aparılıb, telefonu və noutbuku ətraflı araşdırılıb, daha sonra isə sərbəst buraxılıb".
Qeyd edək ki, rusiyalı hərbi jurnalist "WarGonzo" layihəsinin yaradıcısıdır. O, Abxaziyanın Suxum şəhərində "Abaza TV"nin müxbiri işləyib, burada digər işlərlə yanaşı, tanınmamış respublikanın Gürcüstanla münaqişəsini işıqlandırıb.
O, həmçinin LIFE.ru saytının müxbiri kimi çalışıb. Ukraynanın şərqindəki münaqişəni işıqlandırıb.
Hüseyn
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli

















.png)


















