Madriddə razılaşma: Türkiyə istədiyinə nail oldu
Bizi izləyin

Region

Madriddə razılaşma: Türkiyə istədiyinə nail oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya prezidenti Sauli Niinistö, İsveç baş naziri Maqdelena Andersson və NATO-nun baş katibi Yens Stoltenberqin qatıldığı 4 tərəfli sammit başa çatıb.

Publika.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, Türkiyə istədiyini əldə etməklə ciddi qazanc əldə edib.

NATO-nun baş katibi Stoltenberqin ev sahibliyi etdiyi görüş mətbuata qapalı keçirilib.

İki mərhələdə keçirilən görüşdən sonra Türkiyə, İsveç və Finlandiya arasında Finlandiya və İsveçin NATO-ya üzvlük proseslərinə dair üçtərəfli memorandum imzalanıb.

Zirvədən türkiyənin əldə etdiyi konkret nailiyyətlər:

• PKK və onun törəmələri ilə mübarizədə Türkiyə ilə tam əməkdaşlıq.

• Terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə həmrəylik nümayiş etdirmək.

• PYD/YPG və FETÖ-yə dəstək verməmək öhdəliyi.

• Müdafiə sənayesi sahəsində embarqo məhdudiyyətlərinin qarşısının alınması, əməkdaşlığın artırılması.

• Terrorla mübarizə və müdafiə sənayesi üzrə İsveç və Finlandiyanın milli qanunvericiliyinə və təcrübələrinə düzəlişlər etmək öhdəliyi.

• Terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə kəşfiyyat məlumatlarının mübadiləsi üzrə strukturlaşdırılmış əməkdaşlıq mexanizminin yaradılması.

• Terrorçu cinayətkarların ekstradisiyası ilə bağlı konkret addımların atılması və ikitərəfli müqavilələrin bağlanması.

• PKK və onun qolu və cəbhə təşkilatlarının vəsait toplama və işə cəlb etmə fəaliyyətlərinin qadağan edilməsi və onların araşdırılması.

• Türkiyəyə qarşı terror təbliğatının qarşısının alınması.

• Finlandiya və İsveçin PESKO (Aİ Daimi Strukturlaşdırılmış Əməkdaşlıq Prosesi) daxil olmaqla Aİ təhlükəsizlik mexanizmlərində ən geniş iştirakının dəstəklənməsi.

• Bu addımların icrasına nəzarət etmək üçün Ədliyyə, Kəşfiyyat və Təhlükəsizlik qurumlarının iştirakı ilə Daimi Birgə Mexanizmin yaradılması.

Vurğulanıb ki, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın perspektivi və qətiyyətli mövqeyi sayəsində terror təşkilatlarına qarşı mübarizədə mühüm nailiyyətlər əldə edib.

PKK/YPG/PYD ilə yanaşı “FETÖ terror təşkilatıdır” ifadəsi beynəlxalq müqavilədə açıq şəkildə vurğulanması Ərdoğanın liderliyi ilə apardığı mübarizədə beynəlxalq miqyasda çox mühüm addım olub.

İmza mərasimindən sonra NATO baş katibi Yens Stoltenberq alyansın sabah keçiriləcək sammitində İsveç və Finlandiyanın hərbi ittifaqa qəbulu ilə bağlı qərar veriləcəyini bəyan edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm