İranda zavodda GÜCLÜ YANĞIN: 4 nəfər öldü
Bizi izləyin

Region

İranda zavodda GÜCLÜ YANĞIN: 4 nəfər öldü

İranın Qum vilayətinin Şokuhiyyə qəsəbəsində yuyucu maddələr istehsal edən zavodda baş verən yanğın nəticəsində 4 nəfər ölüb, 7 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə İranın Qum vilayəti Təcili Yardım İdarəsinin ictimai əlaqələr departamenti məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində yaralıların vəziyyəti ağırdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm