"Paşinyana təslim olmayacağıq!" - Zabux erməniləri
Bizi izləyin

Region

"Paşinyana təslim olmayacağıq!" - Zabux erməniləri

Laçının Zabux kəndinin camaatı evlərini tərk etməyəcək, lazım gəlsə Ermənistana qarşı özünümüdafiə taktikasını da keçəcəklər.

Publika.az xəbər verir ki, bu fikirləri Zabux kənd icmasının “rəhbəri” Gevorq Çauşyan bildirib.

“Biz Nikol Paşinyanın sərsəm fikirlərindən, danışıqlarından bezmişik. İndi o, bizə evlərin tikiləcəyini və bizim bu kənddən köçürüləcəyimizi bəyan edib. Biz isə bir nəfər kimi bundan narazıyıq. Hamımız burada qalacağıq. Əgər İrəvan üstümüzə polis, hərbiçi göndərsə, kənd camaatı özünümüdafiə taktikasını seçəcək. Biz Ermənistanın nəzarəti altında gələcəyimizi görmürük. Biz Paşinyana təslim olmayacayıq”, - deyə o bildirib.

Əli Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm