Səfir istefa verdi
Bizi izləyin

Region

Səfir istefa verdi

Gürcüstanın Fransadakı səfiri Tea Katukiya səlahiyyət müddəti hələ bitməmiş istefa verdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, o, bununla bağlı Gürcüstanın Xarici İşlər Nazirliyinə (XİN) müraciət təqdim edib.

Gürcüstanın Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Tea Katukiya daha əvvəl rəsmi müraciət edib və onun geri çağırılması proseduruna artıq başlanılıb.

Yaxın vaxtlarda Fransaya yeni səfirin namizədliyinin irəli sürülməsi üçün işin aparıldığı vurğulanıb.

Qeyd edək ki, T.Katukiya 2019-cu ildə Gürcüstanın Fransada səfiri və ölkənin UNESCO-dakı daimi nümayəndəsi təyin olunub.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm