Qaydaları pozan rus həkim Ankarada SAXLANILDI
Bizi izləyin

Region

Qaydaları pozan rus həkim Ankarada SAXLANILDI

Türkiyə hakimiyyəti bu ölkədən tranzitlə Moldovaya uçan Rusiya vətəndaşı, uşaq həkimi Yelena Qavrilenkonu Ankara hava limanında saxlayıb.

Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq İnsan Haqları Komitəsinin Rusiya bölməsinin vitse-prezidenti İvan Melnikov TASS-a məlumat verib.

"Rusiya vətəndaşı Yelena Qavrilenko Ankara hava limanında saxlanılıb. O, Moldova vətəndaşı olan həmkarı ilə birlikdə saxlanılıb. Hər iki qadın pediatrdır. Onlar Türkiyədən tranzit keçməklə Kişinyovda tibbi simpoziuma gedirdilər. Yerli hakimiyyət orqanları onları miqrasiya qanunlarını pozmaqda ittiham edir., - o deyib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm