Qonşuda genişmiqyaslı aksiya başladı
Bizi izləyin

Region

Qonşuda genişmiqyaslı aksiya başladı

Gürcüstanın paytaxtı Tbilisidə parlamentin qarşısında baş tutan "Evə - Avropaya" adlı aksiya Gürcüstan və Avropa İttifaqının himnləri ilə başlayıb.

Publika.az xəbər verir ki, aksiyaya vətəndaş cəmiyyəti ilə birgə ictimaiyyət adamları, müxtəlif universitetlərin tələbələri, QHT nümayəndələri, müxalifət partiyalarının üzvləri və liderləri də qatılıblar. Məlumata görə parlament ətrafına və Rustaveli prospektinə çox sayda polis səfərbər olunub.

Hazırda parlamentin qarşısında quraşdırılan tribunada müxtəlif ictimaiyyət adamları çıxışlar edərək Gürcüstan hökumətini Avropa İttifaqına doğru addımlar atmağa çağırışlar edirlər.

Qeyd edək ki, 24 iyun tarixində Tbilisidə keçirilən "Evə - Avropaya" aksiyasında vətəndaş cəmiyyəti tərəfindən İrakli Qaribaşvilinin istefa etməsi və qış gələnə qədər Avropa İttifaqının təqdim etdiyi 12 bəndin hamısını yerinə yetirəcək milli hökumət yaradılması tələbi irəli sürülmüşdü.

Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm