İran hökuməti yeni nazirlik yaradır
Bizi izləyin

Region

İran hökuməti yeni nazirlik yaradır

İran hökuməti yeni ticarət nazirliyinin yaradılması təklifi ilə çıxış edib.

Publika.az xəbər verir ki, hazırkı İran hökuməti bununla əlaqədar olaraq parlamentə məktubla müraciət ünvanlayıb. Parlamentin yeni nazirlik məsələsini gələn sessiyada gündəliyə salacağı güman olunur.

Artıq yeni nazirliyin yaradılması barədə qanun layihəsi parlamentə göndərilib.

Qeyd edək ki, İranda iqtisadiyyatın ticarət sahəsinə dövlət nəzarətini Sənaye, Mədən və Ticarət Nazirliyi həyata keçirir.

Prezident İbrahim Rəisi hələ prezident seçkiləri ərəfəsində təbliğat kompaniyasında bildirmişdi ki, korrupsiya və rüşvətxorluğun qarşısını almaq məqsədilə dövlət idarəçiliyində islahatlar edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm