Ərdoğan Ukrayna ilə bağlı TARİX VERDİ: 10 gün ərzində...
Bizi izləyin

Region

Ərdoğan Ukrayna ilə bağlı TARİX VERDİ: 10 gün ərzində...

"Rusiya ilə Ukrayna arasında danışıqlar prosesinə qayıtmaq və Qara dənizdən Ukrayna taxılının ixracı ilə bağlı BMT planı ətrafında fikir mübadiləsi apardıq".

Publika.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın baş naziri Mario Draqi ilə birgə mətbuat konfransı zamanı deyib.

"Baş nazirlə bir çox regional məsələlər, xüsusən də Liviyadakı vəziyyətlə bağlı fikir mübadiləsi apardıq. İtaliya Türkiyənin mühüm enerji tərəfdaşıdır. Enerji təhlükəsizliyi sahəsində ümumi layihələr və maraqlar, o cümlədən Qara dənizdəki Sakarya qaz yatağında sualtı boruların çəkilməsi sahəsində əməkdaşlıq haqqında danışdıq", - Türkiyə lideri bildirib.

R.T.Ərdoğan həmçinin vurğulayıb ki, Türkiyə bir həftə və ya 10 gün ərzində Qara dənizdə “taxıl dəhlizi” ilə bağlı danışıqları intensivləşdirərək nəticə əldə etməyə çalışacaq.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm