Rusiyanın beynəlxalq ehtiyatları 1,3 faiz azaldı - Rəsmi AÇIQLAMA
Bizi izləyin

Region

Rusiyanın beynəlxalq ehtiyatları 1,3 faiz azaldı - Rəsmi AÇIQLAMA

İyulun 15-nə Rusiyanın beynəlxalq valyuta ehtiyatları 565,3 milyard dollar təşkil edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.

“Beynəlxalq ehtiyatların həcmi mənfi revalvasiyanın təsiri ilə həftə ərzində 7,4 milyard dollar və ya 1,3 faiz azalaraq iyulun 15-nə 565,3 milyard dollar təşkil edib”, - məlumatda deyilir.

Bundan əvvəl Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina bildirmişdi ki, ölkə iqtisadiyyatı üçün xarici şərtlər həmişəlik olmasa da, çoxdan dəyişib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm