Şoyqu İstanbula uçdu - Ukrayna ilə saziş imzalanacaq - SON DƏQİQƏ
Bizi izləyin

Region

Şoyqu İstanbula uçdu - Ukrayna ilə saziş imzalanacaq - SON DƏQİQƏ

Rusiyanın müdafiə naziri Sergey Şoyqu İstanbula gəlib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Moskva vaxtı ilə saat 16:30-da İstanbulda Qara dəniz limanlarından Ukrayna taxılının daşınmasına dair Rusiya, Ukrayna, Türkiyə və BMT arasında sazişin imzalanması planlaşdırılır.

İclasda Ukraynadan infrastruktur naziri Aleksandr Kubrakov iştirak edəcək.

Müqavilənin imzalanma mərasimi Dolmabağça sarayında keçiriləcək. Tədbirdə Prezident Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreş də iştirak edəcək.

“Dördlük”ün imzalayacağı sənəd quru yük gəmilərinin Qara dənizdən beynəlxalq sulara keçməsi ilə bağlı hər bir tərəfin öhdəliklərini tənzimləyəcək.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm