Soçi görüşünün ən mühüm nəticəsi: Ərdoğan buna NAİL OLDU
Bizi izləyin

Region

Soçi görüşünün ən mühüm nəticəsi: Ərdoğan buna NAİL OLDU

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın Soçi səfərindən sonra “Kanal 7”-nin Ankara təmsilçisi yazar Mehmet Acet görüşdə qəbul olunan təbii qaz qərarının əhəmiyyətinə diqqət çəkib.

Publika.az M.Acetin “Soçi sammitinin ən mühüm nəticəsi” başlıqlı məqaləsini təqdim edir:

“Prezident Tayyib Ərdoğanın Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşləri həmişə maraq kəsb edən danışıqlar olub. Mən Ərdoğanın 2017-ci ilin may ayında Qara dənizin şimal-şərqində təxminən 400 min əhalisi olan sahil şəhəri Soçiyə səfərini izlədim. Bu, S-400 sistemi ilə bağlı konsensus üçün zəmin yarandığı bir səfər idi.

Xaricə səfərin gündəliyi haqqında fikir sahibi olmaq üçün heyətdəki adlara baxmaq vacibdir. Ərdoğanın 5 avqust səfəri əsnasında heyət siyahısına baxdığımda iqtisadiyyatla bağlı səlahiyyətli şəxslərin çoxluğunu gördüm.

Xəzinə və Maliyyə naziri Nurettin Nebati, Ticarət naziri Mehmet Muş, Mərkəz Bankı Başçısı Şahap Kavcıoğlu... Nümayəndə heyətində Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə naziri Hulusi Akar, Enerji və Təbii Ehtiyatlar naziri Fatih Dönmez, Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı naziri Vahit Kirişçi də iştirak ediblər.

Ərdoğanla Putinin görüşünün genişliyini təkcə Nazirlər Kabinetinin demək olar ki, yarısının Soçi görüşündə iştirak etməsi ilə bağlı məlumatdan deyil, həm də danışıqlardan sonra açıqlanan yekun bəyannamədə əksini tapan ifadələrdən də anlamaq olar.

Bəyannamənin bir hissəsində deyilirdi ki, “Liderlər iki ölkənin nəqliyyat, ticarət, kənd təsərrüfatı, sənaye, maliyyə, turizm və tikinti kimi sektorlarda uzun müddətdir gündəmində olan məsələlərdə əməkdaşlığı gücləndirmək üçün konkret addımlar atmağa razılaşıblar”.

Türkiyə və Rusiya nümayəndə heyətlərinin danışıqları və Ərdoğanla Putinin təkbətək görüşü gözləniləndən xeyli uzun çəkib.

Ərdoğan Soçiyə təyinatına vaxtında gəlsə də, Soçidən gedişimiz 2 saat gecikdi.

Qayıdış vaxtı yaxınlaşdıqca, nümayəndə heyətinin tərkibində olan jurnalistlər olaraq biz əvvəlcə Turun təyyarəsinə aparıldıq. Bir müddət sonra görüşlərini yekunlaşdıran nümayəndə heyətinin üzvləri təyyarəyə gəlməyə başlayıblar.

Mərkəzi Bankın sədri Şahap Kavcıoğlu yoldan keçəndə ilk olaraq onu qarşıladıq. Daha sonra yarı zarafat, yarı ciddi soruşdum: “Pulu tapdıqmı?”

Kavcıoğlu güldü, əl çantasını göstərərək ön tərəfə doğru yoluna davam etdi.

Təyyarəmiz havaya qalxdıqdan sonra Prezident Ərdoğanla söhbət etmək üçün dəvət olunanda bu dəfə Mərkəzi Bankın sədrinin yanından keçəndə onun mənə göstərdiyi çantanın qarşısında dayandığını gördüm.

İkimiz də çantaya nəzər salıb, qaş-göz işarəsi ilə eyni anda güldükdən sonra Kavcıoğlunun geri dönərkən etdiyi görüşlər barədə məlumat almaq ümidi ilə irəliyə davam etdim.

Ərdoğanla söhbətimiz bitəndə təyyarəmiz yerə enmişdi.

Yenidən arxaya keçəndə anladım ki, Kavcıoğlu təyyarəni tərk edib.

Təbii qaz ödənişlərində rubla keçid

Ərdoğanın Soçi səfərinin ən mühüm nəticəsinə gəlincə...

Səfərin ən mühüm nəticəsi, şübhəsiz ki, Türkiyənin Rusiyadan alacağı təbii qazın bir hissəsini rublla ödəməsi ilə bağlı əldə olunan razılaşma oldu.

Cümə günü, biz hələ Soçidə olarkən, Rusiya Baş nazirinin müavini Novak aşağıdakı bəyanatı verdi:

“Putin və Ərdoğan Türkiyəyə qaz satışı üçün rublla qismən ödənişə keçmək barədə razılığa gəliblər”.

Prezident Ərdoğan bu razılaşmanı təsdiqlədikdən sonra təyyarədə aşağıdakı qiymətləndirmələri etdi:

“Əlbəttə, bu Soçi səfərinin yaxşı cəhətlərindən biri də bu oldu: biz cənab Putinlə rublla bağlı razılığa gəldik. Biz bu mübadilələri rubl nöqtəsində edəcəyimiz üçün təbii ki, maliyyə sahəsində Türkiyə ilə Rusiya arasında ayrı bir güc mənbəyi olaraq Rusiya və Türkiyəyə pul gətirəcək”.

Təbii qaz ödənişlərində dolların əvəzinə rublun istifadə olunması həqiqətən böyük xəbərdir.

Hansı mənada böyük xəbərdir?

Bu baxımdan: Rusiyaya təbii qaz ödənişlərinin əhəmiyyətli hissəsinin rublla edilməsi dollar təzyiqinin yaratdığı valyuta hücumlarının zəifləyəcəyi anlamına gələ bilər.

Çox sadə.

Ciddi ümumi ödənişinizi dollarla deyil, rublla etsəniz, daha çox dolları saxlamaq təzyiqi azalacağından valyuta hücumlarının da qarşısını alacaqsınız.

Soçidə əldə olunan bu razılaşmanın necə inkişaf edəcəyini diqqətlə izləmək lazımdır.

Nəticələr gözlənildiyi kimi olarsa, bu o deməkdir ki, Ərdoğanın avqustun 5-də Soçiyə səfəri tarixi və yadda qalan səfərlərdən biri olacaq”.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm