Şəhid diplomatlar yad edildi
Bizi izləyin

Region

Şəhid diplomatlar yad edildi

Bu gün Türkiyə Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatı və xaricdəki nümayəndəliklərinin rəhbərlərinin hər il təşkil edilən Səfirlər Konfransı çərçivəsində terror qurbanı olan Türkiyənin xaricdəki nümayəndəliklərinin Şəhidliyini Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov da ziyarət edib.

Publika.az xəbər verir ki, səfir Məmmədov ziyarət zamanı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi adından Şəhidliyə əklil qoyub.

Tədbirdə həmçinin Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, nazir müavinləri Sedat Onal, Faruk Kaymakçı, Yavuz Selim Kıran, Türkiyə Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatının vəzifəli şəxsləri və Türkiyənin xaricdəki nümayəndəliklərinin rəhbərləri iştirak edib.

Bir dəqiqəlik sükutla başlayan mərasimdə çıxış edən Çavuşoğlu 1973-cü ildən bu yana terror təşkilatlarının Türkiyənin xaricdəki nümayəndəliklərini hədəfə aldığı hücumlarda diplomatlar və onların ailə üzvlərindən 41 nəfərin şəhid olduğunu vurğulayıb.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm