Ankara və İrəvan dialoqu Qarsda ola bilər
Bizi izləyin

Region

Ankara və İrəvan dialoqu Qarsda ola bilər

Türkiyə və Ermənistanın ikitərəfli münasibətlərin normallaşması prosesi çərçivəsində xarici işlər, ticarət və nəqliyyat nazirliklərinin nümayəndələrinin görüşü sentyabrda Qarsda baş tuta bilər.

Publika.az xəbər verir ki, bu barədə “Ulusal” telekanalı diplomatik mənbələrə istinadən məlumat yayıb.

Bu görüşün nəticələrinə əsasən razılaşdırılan texniki məsələlərin öyrənilməsinə başlanılacaq.

Qeyd edilib ki, Türkiyə nümayəndələri artıq Ermənistanla həmsərhəd rayonlarda yoxlama aparıblar. Məlum olub ki, İğdır vilayətində iki ölkəni birləşdirən Əlican körpüsünü və ona gedən marşrutu təmir etmək lazımdır.

(report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm