Vladimir Putin: “ABŞ bu münaqişəni uzatmağa çalışır”
Bizi izləyin

Region

Vladimir Putin: “ABŞ bu münaqişəni uzatmağa çalışır”

Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, Qərb dünyadakı hegemonluğunu saxlamaq üçün Ukrayna xalqına top yemi (puşeçnoqo myasa) rolunu tapşırıb.

Publika.az xəbər verir ki, o bu fikri avqustun 16-da Beynəlxalq Təhlükəsizlik üzrə 10-cu Moskva Konfransının iştirakçıları və qonaqlarına müraciətində bildirib.

“Hegemonluqlarını saxlamaq üçün onlara (Qərb ölkələri) münaqişələr lazımdır. Ona görə də onlar Ukrayna xalqının taleyini top yemi hazırladılar, “anti-Rusiya” layihəsini həyata keçirdilər, neonasist ideologiyasının yayılmasına, Donbas sakinlərinin qırğınlarına göz yumdular, Kiyev rejimini silahlarla, o cümlədən ağır silahlarla doldurdular və doldurmağa davam edirlər”, - deyə Rusiya dövlətinin başçısı bildirib.

V.Putin daha sonra deyib: “Ukraynadakı vəziyyət göstərir ki, ABŞ bu münaqişəni uzatmağa çalışır. Onlar eyni şəkildə hərəkət edərək Asiya, Afrika və Latın Amerikasında münaqişə potensialını gücləndirirlər”.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm