Rusların daha bir hərbi anbarı məhv edildi
Bizi izləyin

Region

Rusların daha bir hərbi anbarı məhv edildi

Ötən gün Ukrayna silahlı qüvvələri Xerson vilayətində işğalçıların hərbi anbarını partladıb.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Məlumatda deyilir ki, xüsusilə Beloqorkadakı sursat anbarı dağıdılıb. Bundan əlavə, “Samxreti” əməliyyat komandanlığının məlumatına görə, 29 əsgər, özüyeriyən “Pion” topu, beş ədəd zirehli və motorlu texnika da məhv edilib.

Son məlumatlara görə, Rusiya qüvvələrinin Xarkovdakı yataqxanaya raket zərbəsi endirməsi nəticəsində 7 həlak olub, 17 nəfər isə yaralanıb.

İşğalçılar gecə saatlarında şəhərin Saltovki rayonuna hücuma başlayıb.

Bundan əlavə, rus hərbçiləri səhər tezdən Xarkovun daha bir neçə rayonunu bombalayıblar. Slobod rayonunda 1 nəfər ölüb, 18 nəfər yaralanıb. Xəsarət alanlardan ikisi uşaqdır.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm