Kərbəla UÇQUNU - Ölənlər var - VİDEO
Bizi izləyin

Region

Kərbəla UÇQUNU - Ölənlər var - VİDEO

İraqın Kərbəla şəhərində uçqun baş verib.

Publika.az "modern.az"-a istinadla xəbər verir ki, şəhərdəki Qəttarat İmam Əli türbəsinin damı çöküb.

Hadisə zamanı ibadət ocağında xeyli sayda ziyarətçi olub. İlkin məlumata görə, uçqun nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb.

Əraziyə xilasetmə briqadaları və təcili tibbi yardım qrupları cəlb olunub. Uçqun altında qalanların olduğu bildirilir. Xilas edilənlər arasında üç uşaq var. Ölü sayının artması istisna edilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm