Rusiya FHN: “Yanğınları söndürmək üçün texnikamız çatışmır”
Bizi izləyin

Region

Rusiya FHN: “Yanğınları söndürmək üçün texnikamız çatışmır”

Mərkəzi federal dairəsinin ərazisində meşə yanğınları ilə bağlı vəziyyətin pisləşməsi təkcə hava şəraiti ilə deyil, həm də yandırmalarla bağlıdır.

Publika.az xəbər verir ki, bunu Rusiyanın təbii sərvətlər naziri Aleksandr Kozlov Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib.

“Mərkəzi federal dairəsində baş verənlər təkcə quru tufan, isti hava və yağıntının olmaması ilə bağlı deyil. Yanğın törədilməsi faktları var, biz bunu bu gün Ryazan vilayətində gördük, biz indi Daxili İşlər Nazirliyinin orqanları ilə işləyirik və müvafiq olaraq sənədlər təqdim olunub”, - deyə nazir meşə yanğınları ilə bağlı vəziyyətə dair müşavirədə bildirib.

Rusiya Prezidenti ilə görüşdə ölkənin fövqəladə hallar naziri Aleksandr Kurenkov da çıxış edib. O, Vladimir Putinə deyib ki, Ryazan vilayətində yanğınları lokallaşdırmaq üçün kifayət qədər tırtıllı maşın yoxdur: “Sürətli tırtıllı avtomobillərin istifadəsi meşə yanğınlarının söndürülməsində yüksək effektivliyini göstərir. Təəssüf ki, biz tez-tez onun çatışmazlığını qeyd edirik, bu da yanğınların vaxtında lokallaşdırılması üçün yer qruplarının imkanlarını azaldır”.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm